Abşeron Port



Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin təməli 2017-ci ilin aprel ayında qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2018-ci il avqustun 13-də  mərkəzin açılışı olmuşdur. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır.