HAQQIMIZDA


Hardcore Construction and Equipment MMC (2018)- cı ildən fəaliyyət göstərir. Şirkətimiz dövlət qurumları və özəl şirkətlər ilə əməkdaşlıq etməkdədir.

Xidmət sahəmiz – tikinti və inşaat, hər növ xüsusi texnikaların icarəsi, tikinti-qazma, tikinti-sökmə, katlavanların qazılması və daşınması, yolların inşası və s.  Şirkətimiz, müasir tələblərə cavab verən korporativ mədəniyyətə, idarəetmənin ən yüksək standartlarına və tikinti proseslərinin keyfiyyətinə daxili nəzarət sisteminə malikdir.

Şirkətimizin iş prinsipi – bizə sifariş olunan bütün layihələrin müasir beynəlxalq və yerli standartlara uyğun keyfiyyətlə icra olunması, müştərilərinin vaxt və maliyyə resurslarına qənaət etməsini təmin etmək və tikinti sektorunun ən etibarlı və aparıcı iştirakçılarından birinə çevrilməkdən ibarətdir.

Fəaliyyətimiz boyunca icra etdiyimiz bütün layihələr müasir standartlara və normalara uyğun olaraq texniki dəqiqliklə hazırlanır və həyata keçirilir ki, bu da mövcud bazarda bizi digərlərindən fərqləndirən ən üstün xüsüsiyyətlərmizdəndir.

Məqsədimiz son texnologiyaları istifadə etməklə, yüksək keyfiyyətə malik, rahat və təhlükəsiz tikililər yaratmaqdır. Şirkətimizin əsas prinsiplərindən biri daim yeni iş yerlərinin açılmasına imkan yaradan fəaliyyət sahələrinin genişləndirməsidir. Yeni layihələrin icrası üçün partnyorluq münasibətlərini yüksək qiymətləndiririk və daim işgüzar əməkdaşlığa hazırıq.