Bilgəh su-boru çəkilişi



Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası istiqamətində həyata keçirilmişdir.Uzun illər içməli su sarıdan korluq çəkən Bilgəh qəsəbəsinə yeni su xətti çəkilmişdir. Kəmər öz başlanğıcını yenidən qurulmuş Maştağa mərkəzi su anbarından götürmüşdür. “Azərsu” Səhmdar Cəmiyyəti bu qəsəbəyə 300 millimetrlik borulardan ibarət magistral su xətti çəkmişdir. Kəmər vasitəsilə gələn suyun toplanması üçün 1000 kubmetr tutumlu su anbarı tikilmişdir. Anbarın yanında quraşdırılmış yeni nasos stansiyası suyun qəsəbəyə fasiləsiz paylanmasını təmin edəcəkdir.