Lerik yol çəkilişi



Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2018-ci il 419 nömrəli Sərəncamına əsasən  Lerik  rayonun  9 min 100 nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini əhatə edən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Dağlıq ərazidə  yerləşən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi,  əhatə etdiyi  yaşayış məntəqələrinin  rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,  kənd təsərrüfatının habelə turizmin  inkişafında,  mühüm əhəmiyyət kəsb edəcək, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.