Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” əsas götürülərək 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyulub. 2016-cı il dekabrın 24də təhvil verilmişdir. “Bakı Ağ Şəhər” layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınmış layihədir. Ötən illər ərzində layihə “CityScape Global”, “MİPİM Asia”, həmçinin digər sərgilərdə “Ən Yaxşı Şəhərsalma Layihəsi” və digər nominasiyalarda birincilik qazanıb.