Qobu Park



Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün “Qobu Park” yaşayış kompleksi salınmışdır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 24 may 2018ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse president Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.